Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
    • 19-03-2021, 15:53
    • 460

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. 

News24.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib. 

Qərarda deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 dekabr tarixli 484 nömrəli, 8 dekabr tarixli 488 nömrəli, 25 dekabr tarixli 511 nömrəli, 2021-ci il 16 yanvar tarixli 9 nömrəli, 29 yanvar tarixli 23 nömrəli və 3 mart tarixli 48 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bənddə “1 aprel” sözləri “1 iyun” sözləri ilə əvəz edilsin.