Bayden təyyarəyə minərkən 3 dəfə yıxıldı - VİDEO
    • 19-03-2021, 22:08
    • 487

Bayden təyyarəyə minərkən 3 dəfə yıxıldı - VİDEO

ABŞ Prezidenti Co Bayden Corciya ştatına uçmazdan əvvəl “Air Force One” təyyarəsinin pilləkənlərində yıxılıb.

Bu, prezident pillələri sürətlə qalxmaq istəyərkən baş verib.
Dövlət başçısı müvazinətini saxlaya bilməyərək, üç dəfə yıxılıb. Sonra Bayden jurnalistlərə əl edib.
Qeyd edək ki, o, keçən il də yıxılaraq, ayağını sındırmış, bir müddət gipsdə gəzməli olmuşdu. /Qafqazinfo/