Bakıda mağazadan OĞURLUQ EDİLDİ
    • 20-03-2021, 11:51
    • 408

Bakıda mağazadan OĞURLUQ EDİLDİ

Bakıda mağazada oğurluq hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat pul və 1800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov və Şirvan rayon sakini O.Xudaverdiyev saxlanılıb.