Yerə təhlükəli asteroid YAXINLAŞIR
    • 21-03-2021, 17:21
    • 756

Yerə təhlükəli asteroid YAXINLAŞIR

Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.

News24.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. 

Asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb. Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də “2001 FO32” potensial təhlükəli asteroid sayılır. 

Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci  ildə Yerin yaxınlığından keçəcək. /apa.az