-
- 22-03-2021, 15:53
- 1 154
"Nöqsanlarımıza deyinsələr də, bizə baxırlar" - Qurban İsmayılov "ATA OCAĞI"NDAN DANIŞDI
"Yaxşı ki, serial çəkilişlərimiz dayanmayıb. Aktyorların müəyyən vərdişləri var. Mütəmadi məşqlər olmasa, o vərdişlər də itəcək. Çünki onları bərpa etmək çox çətindir".
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Qurban İsmayılov deyib.
O, həmçinin də rol aldığı "Ata ocağı" serialından da danışıb: "Tamaşaçılarımıza bizə izlədiklərinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Onlara səbir diləyirəm. Təbii ki, bu, öz serialımız olduğundan onun peşəkar alınması, sevilməsi üçün əlimizdən gələni edirik. Bəzi insanlar bu serialda öz həyatını görür. Yəni burda əbədi mövzudan - ata və övlad münasibətlərindən danışılır. Düşünürəm ki, serialın məhz bu mövzuda olması insanları cəlb edir. Biz də aktyor heyəti olaraq filmdəki münasibətlərin təbii, canlı alınmasına çalışırıq. Gündəlik serial olduğuna görə, müəyyən nöqsanlarımız da ola bilər. Hər kəsin zövqünü oxşamaya da bilərik, amma inanın, elə adamlar var ki, deyinsələr də, bizə baxır".
Sevda Bayramova