Tramp öz İnternet platformasını işə salacaq
    • 22-03-2021, 15:37
    • 364

Tramp öz İnternet platformasını işə salacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz internet platformasını işə salmaq niyyətindədir.

News24.az RİA-ya istinadən xəbər verir ki, D.Tramp tezliklə yeni platforma haqda məlumatın açıqlanacağını bildirib. Keçmiş Amerika lideri eyni zamanda təmsilçilərinin onun adından yaydıqları açıqlamaların tvitlərdən daha eleqant və populyar olduğuna inanır.

Sosial şəbəklərdəki qadağalar D.Trampı qorxutmur. Mesajlarının minlərlə istifadəçi tərəfindən paylaşıldığı üçün hələ də geniş kütləyə çatdığına əmindir.