Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürüldü
    • 22-03-2021, 19:40
    • 753

Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürüldü

Sosial şəbəkələrdə qadın əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görür.

Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:
“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. /Report/