Qarabağ qazisi Qoşqar Hacıyevdən xəbər var
    • 25-10-2018, 11:35
    • 3 449

Qarabağ qazisi Qoşqar Hacıyevdən xəbər var

Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib və təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib.

News24.az xəbər verir ki, Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri neyrocərrah dos. dr. Özkan Tehli və anestezioloq-reanimatoloq uzm. dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir.

Qeyd edək ki, Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən EGE Hospitala çalışdıqları üçün, Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb.