Heydər məscidində Qarabağ qazisinin yas MƏRASİMİ KEÇİRİLƏCƏK
    • 12-02-2020, 18:43
    • 989

Heydər məscidində Qarabağ qazisinin yas MƏRASİMİ KEÇİRİLƏCƏK

Bakıda Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi keçiriləcək.

Bunu şəhidin qardaşı İlqar Hacıyev deyib.
Mərasim fevralın 13-ü saat 11-də Heydər məscidində olacaq.
Q.Hacıyev fevralın 10-da vəfat edib. Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Q.Hacıyev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2015-ci il sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. O, uzun müddət komada qalıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub./Report/