-
- 23-03-2021, 12:30
- 629
Xalq artistinin oğlunun son sözü: "ANA, HALALLIQ VER"
Müğənni Zeynəb Dostəliyeva bacısı, Xalq artisti Nazpəri Dostəliyanın 41 yaşında ürək çatışmazlığından dünyasını dəyişən Əli Quliyevdən danışıb.
Zeynəb Dostəliyeva News24.az-a açıqlamasında bu sözləri deyib: "Hamımız bir yerdə oturmuşduq. Bayram aşı dəmləmişdik. Hər şey yaxşı idi. Qəflətən dedi ki, ürəyim bərk döyünür. Gördü biz çox narahat oluduq, dedi, heç nəyim yoxdur, yaxşıyam. Nigarançılığımızı görüb "ürək tez-tez döyünər də..." deyə zarafat da elədi. Bir də gördük, Əli gözlərini yumub. Bir neçə dəqiqənin içində quş olub uçdu..."
Müğənni bacısı oğlunun ölümündən öncə ondan halallıq istədiyini də dedi: "Anasını hər kəsdən çox istəyirdi. Nazpəridən ötrü canını verərədi. Elə bil ürəyinə dammışdı. Keçinməzdən qabaq anasının əlini öpüb halallıq istədi. İndi bacım yanıb tökülür ki, görən ona nə demək istəyirmiş... "
Qeyd edək ki, Xalq artistinin iki oğlu var.
Sevda Bayramova