Ermənistan üçün ən məqbul fiqur Paşinyandır - Korotçenko
    • 23-03-2021, 18:58
    • 587

Ermənistan üçün ən məqbul fiqur Paşinyandır - Korotçenko

Nikol Paşinyan zənnimcə, bu gün Ermənistandakı bütün digər siyasi qüvvələrin fonunda ölkənin gələcək inkişaf yolu üçün ən real və mötədil proqram təqdim edir.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Erməni cəmiyyəti parçalanıb və dərin psixoloji travmaya məruz qalıb. Paşinyan isə ən sadə və anlaşılan proqramı təklif edir. Hansı proqram ki, praktik məqamlara - revanşdan imtinaya, Ermənistanın daxili inkişafına diqqət yetirməyə, Azərbaycanla nəqliyyat kommunikasiyalarının blokadadan çıxarmağa, bölgə ölkələri ilə əməkdaşlığa və ən əsası, üçtərəfli bəyanatın tətbiqinə əsaslanır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, müasir dövlətin təməlindən ilk növbədə iqtisadiyyat durması baxımından bu, Ermənistan üçün yeganə doğru siyasətdir:
“Ermənistan iqtisadiyyatı düşdüyü kollapsdan çıxsa, o zaman o, “ikinci nəfəs” qazanacaq və hamı üçün daha yaxşı olacaq. Bu baxımdan əlbəttə ki, Paşinyan həm erməni xalqı üçün, həm də bölgə ölkələri üçün yaxşı seçimdir. Bu gün, Paşinyan şübhəsiz, situativ olaraq, ortaya çıxan reallıqları ən adekvat şəkildə qavrayır və qəbul edir. Ən azından, yaxın illər üçün o, Ermənistan iqtisadiyyatını inkişaf etdirəcək və korrupsiyaya qarşı mübarizə aparacaq şəxsdir. Yerdə qalanlar isə qisas şüarları altında yenidən əllərini Ermənistanın dövlət cibinə atmaq istəyənlərdir. Bu gün İrəvanda adekvat siyasətçilər azdır, amma nə qədər qəribə də olsa, Paşinyan məhz özünü adekvat aparan şəxsdir - sözsüz ki, məcburən, aldığı hərbi məğlubiyyətlə, Kremldən aldığı dərsə görə. Amma hazırda vəziyyəti kifayət düzgün qədər dərk edən də odur”.

Ekspert həmçinin İrəvan-Moskva ziddiyyətlərinə toxunub və Qarabağda yeni müharibənin Rusiyaya lazım olmadığına diqqət çəkib: “Rusiyanın milli maraqları heç də Ermənistanın milli maraqları ilə eyniyyət təşkil eləmir və əksinə. Rusiyanın Qarabağda ikinci bir müharibəyə ehtiyacı yoxdur. Bu, bütün səviyyələrdə deyilib. Həm prezident Putin, həm müdafiə naziri Şoyqu, həm də digər Rusiya rəsmiləri Cənubi Qafqazda sabitliyə ehtiyac olduğunu açıq şəkildə bildiriblər. Bu səbəbdən yeni müharibəyə, intiqam almağa çağıranlar Rusiyanın milli maraqları əleyhinə çıxırlar. Moskvanı Güney Qafqazda sülh maraqlandırır”.

Sonda rusiyalı analitik erməni xalqına çağırış edib: “Hər bir erməni özünə sual verməlidir - niyə biz belə acınacaqlı vəziyyətdəyik? Bunun günahkarı kimdir? Bu baxımdan Azərbaycanın dövlət kimi uğuru ermənilərin köhnə fikirlərini yenidən nəzərdən keçirməsi üçün əsas olmalıdır. Mənə elə gəlir ki, bu gün bir çox ermənilər üçün Əliyevin ölkəyə rəhbərlik nümunəsi bir xəyaldır ki, Ermənistana da öz sözlərinə cavabdeh olan belə güclü, iradəli və effektiv lider rəhbərlik etsin. Bu xüsusda mən Ermənistana yalnız sabitlik, millətçi ideologiyanı rədd etməyi, erməni xalqına isə mümkün olduğu qədər inkişaf və firavanlıq arzulayıram. Ermənistan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olaraq qalır, heç kim ona hücum etməyə hazırlaşmır. Elə isə diqqətinizi cəmləyin, ölkənizi bərpa edin. Özünüz, ölkəniz üzərində çalışın və xoşbəxt olun. Ermənistan istəsə, özünə uğurlu gələcək qura bilər, nəinki qonşularına qarşı hansısa ərazi iddiası üzərində parazitlik edə”. /Musavat.com/