-
- 24-03-2021, 12:59
- 747
"Kinonun həsrətini çəkirəm..." - XALQ ARTİSTİ KÖVRƏLDİ
"Özümü yaxşı hiss edirəm, müalicələrim davam edir. Hər kəs mənimlə məşğul olur, sağ olsunlar"
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli deyib. O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları onu ziyarət edir: "Dostlarım, həmkarlarım, teatrın işçiləri tez-tez bir-birinə qoşulub yanıma gəlir. Düzdür, pandemiyaya görə ziyarətə gələnlərin sayı azalıb, amma yenə də məni heç vaxt tək qoymurlar. Arif Quliyev, Valeh Kərimov, Ayşad Məmmədov tez-tez mənə baş çəkir. Allah onlardan razı olsun. Bir-iki həmkarımı çıxmaq şərti ilə hər kəs ziyarətimə gəlir".
Xalq artisti söhbət əsnasında kinonun həsrətini çəkdiyini də deyib: "Kino üçün, səhnə üçün elə darıxmışam ki, burnumun ucu göynəyir. Kaş yenidən kino çəkmək, kinoda oynamaq imkanım olardı..."