Ermənistanda 187,441 nəfər koronavirusa yoluxdu - 3416 ÖLÜM
    • 25-03-2021, 11:01
    • 323

Ermənistanda 187,441 nəfər koronavirusa yoluxdu - 3416 ÖLÜM

Ermənistanda koronavirusa yoluxanların sayı 187 min 441-ə yüksəlib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. 

Mərkəzin yaydığı statistikaya görə, sutka ərzində ölkədə 1257 nəfər koronavirusa yoluxub. Ermənistanda sutka ərzində COVİD-19-a yoluxan 14 xəstə isə ölüb. Ümumi ölüm sayı isə 3416 nəfərdir.