Ərəblər əl çəkmir, növbəti barbarlıq görüntüləri yayıldı - VİDEO/FOTO
    • 25-03-2021, 11:39
    • 767

Ərəblər əl çəkmir, növbəti barbarlıq görüntüləri yayıldı - VİDEO/FOTO

Ötən günlərdə sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab verməsi barədə görüntülər yayılmışdı. Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlama yayaraq bildirdi ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olundu.

News24.az-ın məlumatına görə, hadisənin üzərindən çox keçmədən dünən Qax Yasaqlığında ərəblərin real ov səhnələri, barbarlıq və vəhşilikləri ilə bağlı biomüxtəliflik və iqlim böhranına qarşı fəaliyyət göstərən "Ecofront"da yeni görüntülər yayıldı.

Qeyd edək ki, Azərbaycanda ov mövsümü fevralın 28-də başa çatıb. Ovlar arasında qırmızı kitab növləri - qaraqarın bağrıqara, bəzgək və digər quşlar var.

Görüntüləri təqdim edirik: