Evində ad günü keçirən məktəb direktorunun daha bir VİDEOSU YAYILDI
    • 23-12-2020, 14:35
    • 1 859

Evində ad günü keçirən məktəb direktorunun daha bir VİDEOSU YAYILDI

Sosial şəbəkələrdə yayılan bir video ajiotaj yaradıb.

News24.az xəbər verir ki, Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova Azərbaycan bayrağını əcaib formada başına taxaraq, ət doğrayıb.

Məlum görüntü insanlar tərəfindən tənqidə səbəb olub. 

Qeyd edək ki, sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı da görüntülər yayılmışdı. N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazılıb.

Sözügedən görüntüləri təqdim edirik: