-
- 25-03-2021, 16:44
- 469
Nazarbayevin nəvəsinin ölüm səbəbi BƏLLİ OLDU
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevin Londanda ölümünün səbəbi bəlli olub.
News24.az RİA-ya istinadən xəbər verir ki, A.Nazarbayevin vəfatına səbəb narkotik asılılığı ilə baş verən olüm olub.
Ötən gün baş tutan məhkəmə iclasında açıqlanan araşdırmanın nəticəsi olaraq bildirilib ki, A.Nazarbayev təbii səbəblərdən və kokain asılılığından vəfat edib.
Hüquq-mühafizə orqanlarının işçilərinin verdiyi məlumata görə, şahidlərin, polisin və psixiatrın ifadələrinə əsaslanaraq, bir neçə ildir narkotik aludəçiliyi ilə mübarizə aparan 29 yaşlı Aysultanın ölüm səbəbi heç kimdə şübhə yaratmayıb.
Nazarbayevlər ailəsinin etdiyi açıqlamada dərin kədər içində olduqları bildirilib: “Onun ölümü bizim üçün ağlasığmaz kədərə çevrildi və bundan heç vaxt xilas ola bilməyəcəyik. Son altı ay ərzində dəstək verənlərə və araşdırma aparan şəxsə səmimi təşəkkürümüzü bildiririk. Bu çətin dövrdə məlumatların məxfiliyini istəyirik”.