Xaçmazda iki avtomobil toqquşdu- XƏSARƏT ALANLAR VAR
    • 25-03-2021, 17:00
    • 283

Xaçmazda iki avtomobil toqquşdu- XƏSARƏT ALANLAR VAR

Xaçmaz rayonunun Sabiroba kəndində “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.