Bakıda iki yük avtomobili TOQQUŞDU
    • 27-03-2020, 11:43
    • 676

Bakıda iki yük avtomobili TOQQUŞDU

Bakı şəhərinin Səbail rayonunda “Mercedes” və “MAN” markalı iki yük avtomobili toqquşub.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.