Misirdə iki qatar toqquşdu:  32 ÖLÜ, 100 YARALI
    • 26-03-2021, 20:13
    • 340

Misirdə iki qatar toqquşdu: 32 ÖLÜ, 100 YARALI

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölənlərin sayı 32 nəfər ölüb.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, hadisə yerində 74 təcili tibbi yardım avtomobili işləyir, xəsarət alanlar yaxınlıqdakı bir neçə xəstəxanaya çatdırılırlar. Bildirilir ki, ağır xəsarətlər alan şəxsləri ölkənin paytaxtına çatdırmaq nəzərdə tutulur. Yerli həkimlərə yardım üçün paytaxtdan əlavə tibbi heyət cəlb edilib.

Qeyd edək ki, hadisə paytaxt Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 təcili yardım maşını cəlb edilib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. /Trend/