Jirinovski:
    • 27-03-2021, 11:57
    • 486

Jirinovski: "Miqrantlar boş rus kəndlərinə yerləşdirilsin"

Rusiyanın "Liberal Demokrat Partiyası"nın lideri Vladimir Jirinovski miqrantları ölkənin boş kəndlərinə göndərməyi təklif edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, V.Jirinovski bu şəkildə iki problemi həll etməyin mümkünlüyünü bildirib:"Bu yolla əhalinin sayını artırmaq və boş torpaqları doldurmaq olar. Taciklər və özbəklər əkinçidirlər. Hazır evləri olan neçə boş ərazimiz var? Dövlət yanaşması belə olmalıdır".

Jirinovski qeyd edib ki, Rusiya şirkətləri ilk növbədə öz vətəndaşlarını işə götürməlidir:"Eyni zamanda, əmək miqrantlarının xidmətlərindən istifadə etmək istəyən firmalar xüsusi qatarlarda onları işlərin aparılacağı yerlərə aparmalı, ev və yeməklə təmin etməlidir".