-
- 27-03-2021, 13:05
- 459
“Bu sənətçiyə olan ən böyük təhqir və hörmətsizlikdir" - RƏHİM RƏHİMLİ OD PÜSKÜRDÜ
Müğənni Rəhim Rəhimli ARB TV-də yayımlanan “Özəl” verilişində qonaq olub.
News24.az xəbər verir ki, Rəhim Rəhimli proqramda bu günə qədər sirli qalan, hərənin müxtəlif şəkildə fikirləşdiyi 20 il bundan əvvəl ölkəni tərketmə səbəbini ilk dəfə açıqlayıb: “Hər kəs müxtəlif fikirlər səsləndirir bu barədə. İlk dəfə açıqlayacağam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, bir həftəlik düşünürdüm.Elə olmadı.. 5 il qaldım.. Və etiraf edim ki, Türkiyə bilsə də hamı, orda deyil, Moskvada oldum uzun müddət".
Sənətçi bayağı mahnılardan da danışıb: "Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər- əlamət qalmayıb".
Rəhim Rəhimli efirlərdə hal-hazırda yayımlanan proqramlardanda narazılıq edib: "Baxıram efirlərə..Məni dəvət edirlər..Deməli, biri ailəsindən boşanıb..Biri küsüb.. Birinin ailə problemi müzakirə olunur. Sənətçini də 1 saatda 1 dəfə ancaq oxumağa çağırırlar. Mənim nə işim var elə proqramda? Bu sənətçiyə olan ən böyük təhqir və hörmətsizlikdir"