-
- 22-03-2021, 11:22
- 1 313
Rəhim Rəhimli dilə gəldi: "TÜKƏNDİK!"
Müğənni Rəhim Rəhimli bayram axşamı "7 Canlı" proqramında qonaq olub.
News24.az xəbər verir ki, ifaçı veriliş əsnasında rejiminin iyunun 1-nə qədər uzanmasına məyus olduğunu bildirib: "İncəsənət adamları işsiz və səhnəsiz qala bilmir. 1 ildən çox evdə oturmaqdan tükəndik. İşsizlik belə yordu bizi. 12-ci aydır ki, nə tədbir, nə səhnə, nə konsert, nə toy, nə də bir məclis var. Hər şeydən uzağıq. Bu da biz sənət adamlarını ruhdan salır. Amma yenə də deyirlər ki, qorunun!Qorunun, qorunun! Qorunun deyirsiz, qorunaqda! Qorunun, dostlar, qorunun!"
Qeyd edək ki, karantinin ən sərt günlərində hamı kimi evə qapanan müğənni, bəstəkar Rəhim Rəhimli etiraf etdi ki, pandemiyada mahnı bəstələməsə də, hər kəsi şok edəcək duet oxuyub və həmin duet tezliklə, klip halında tamaşaçılara təqdim olunacaq.
Sevda Bayramova