Rəhim Rəhimli ilk dəfə atası haqda danışdı
    • 27-11-2018, 15:56
    • 5 557

Rəhim Rəhimli ilk dəfə atası haqda danışdı

Müğənni və bəstəkar Rəhim Rəhimli həmkarı Murad Arifin “Popumuz var” layihəsində qonaq olub. 

News24.az xəbər verir ki, R.Rəhimli ilk dəfə atası haqda açıqlama edib:

“Rəhmətə getmiş bir insan haqda niyə danışım ki? Atam hərbçi olub. Mən onu qəhrəman sayıram.O da musiqi təhsili almağım üçün can-fəşanlılq göstərib. 

Sadəcə elə təsadüf edirdi ki, o gec saatlarda evə gəlirdi biz isə yatırdıq. Səhər yuxudan qalxanda isə o artıq işə getmiş olurdu. Daha sonra isə uzun sürən xəstəlik oldu. Buna görə də ailə haqda danışmaq istəmirəm. Tərbiyəmizlə isə anam məşğul olub”.

Teymur MƏMMƏDOV