-
- 27-03-2021, 14:38
- 466
Tovuzda karantin qaydalarını pozan ÇAY EVİ AŞKARLANDI
Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 5 nəfər müştəri Şəhər Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.