-
- 28-03-2021, 10:21
- 523
Mironovun Qarabağ planı: "Rusiyanın əraziləri genişlənməlidir"
Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu Ədalətli Rusiya Partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”
Politoloq Elxan Şahinoğlu News24.az-a açıqlamasında mövzunu şərh edib.
“Bu dövlət mövcud ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Bəs Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ...” Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər.
Abxaziyanın, Cənubi Osetiyanın və Donbasın Rusiya ilə birbaşa sərhədi var, bəs keçmiş Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın Rusiya ilə sərhədi yoxdur axı! Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?” – politoloq qeyd edib.
Elxan Şahinoğlu Sergey Mironovu tez-tez fikir dəyişdirən siyasətçi kimi xarakterizə edib:
“Onun 2010-cu ildə keçmiş Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək: “Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı”.
Üstündən 10 il keçdikdən sonra, müharibənin başlamasından cəmi iki gün sonra Mironov artıq fərqli açıqlama verirdi: “Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”.
Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.
Əslində Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyi”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi”.
Politoloq bildirib ki, bəzi rusiyalı deputatların keçmiş Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz:
“Unutmayaq ki, bəzən Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlar verilir. Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”
Siyasət şöbəsi