-
- 28-03-2021, 13:30
- 677
Vaksin monopoliyası: Azərbaycanın sərt mövqeyi və İlham Əliyevin QƏTNAMƏyə çevrilmiş çağırışları
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı mübarizədə həm qlobal, həm də regional səviyyədə effektiv mübarizə aparır. Görülən tədbirlər qısa müddət ərazində müsbət nəticələr verir. Bu gün ölkədə aparılan əhalinin peyvəndlənməsi prosesi də uğurla davam etdirilir.
Amma bəzi inkişaf etmiş dövlətlər dünyada koronavirusa qarşı sürətli peyvəndləmə prosesinə mane olmağa çalışır, lazım olandan artıq peyvənd tədarükü edir.
Ardıcıl və sistemli fəaliyyət
Azərbaycan vaksin monopoliyasına qarşı sərt mövqeyini dəfələrlə nümayiş etdirib, ədalətsiz peyvənd bölüşdürülməsi faktına beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsini israrla tələb edib. Martln 23-də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də elə Dövlətimizin qeyd olunan istiqamətdə ardıcıl və sistemli fəaliyyətinin nəticəsidir.
Əldə edilmiş nəticəyə əsasən deyə bilərik ki, Azərbaycan Prezidentinin koronavirusa qarşı mübarizə ilə bağlı əvvəlki beynəlxalq təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazanmış oldu.
Prezidentin təşəbbüsü ilə Türk Şurasının, BMT Baş Assambleyasının, həmçinin 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirilib və bu beynəlxalq tədbirlərdə, koronavirusa qarşı birgə mübarizə ilə bağlı dünyana çox ciddi mesajlar verilib.
Uğursuz cəhd...
Azərbaycan Prezidentinin qlobal əhəmiyyətə malik bütün təşəbbüsləri dünya ölkələri tərəfindən böyük rəğbətlə qarşılanır və ciddi beynəlxalq dəstək qazanır. İlham Əliyevin təşəbbüslərinə qısqanclıqla yaşanan və mane olmağa çalışan yeganə ölkə Ermənistandır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunmasına da Ermənistan maneə olmağa çalışıb. Lakin rəsmi İrəvanın budəfəki cəhdi də uğursuzluğa düçar olub.
Rəsmi Yerevanın faşist mahiyyəti
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulamama Hərəkatının videokonfras şəklində Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə də Ermənistan qarşı çıxımışdı. Rəsmi İrəvanın ədalətsiz mövqeyinə baxmayaraq, dekabrın 3-4-ü tarixlərində Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası baş tutdu.
Sonda onu əminliklə deyə bilərik ki, BMT-nin İnsan Hüquqları Şurasınn sessiyasında qəbul olunmuş sözügedən qətnamə, Azərbaycan Prezidentinin sözünə və mövqeyinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir.
O ki qaldı Ermənistanın davranışlarına, Azərbaycanın koronavirusa qarşı mübarizədə dünyaya verdiyi həmrəylik mesajları fonunda Rəsmi Yerevanın nümayiş etdirdiyi mövqe, bu dövlətin faşist mahiyyətinin bariz nümunəsidir.
News24.Az