Bakıda mənzildə meyit tapıldı
    • 29-03-2021, 16:34
    • 488

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.