Bakıda qadın meyiti tapıldı

Bakıda qadın meyiti tapıldı
KRİMİNAL

31-01-2020, 01:40

Mətn ölçüsü

Bakıda mənzildə meyit tapılıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Podqornaya İrina Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.