Gürcüstanın baş naziri Saakaşvili haqda:
    • 29-03-2021, 17:09
    • 527

Gürcüstanın baş naziri Saakaşvili haqda: "Cinayətkarı danışıqlara cəlb etmək təhqirdir"

"Avropa Parlamentinin litvalı üzvü Andrius Kubiliusun hakim "Gürcüstan Arzusu - Demokratik Gürcüstan" Partiyasının qurucusu Bidzina İvanişvili və eks-prezident Mixail Saakaşvilinin ölkədəki siyasi böhranın aradan qaldırılması ilə bağlı hakimiyyət və müxalifət arasındakı danışıqlara cəlb edilməsi fikri təhqirdir".

News24.az
RİA-ya istinadən xəbər verir ki, bu fikri jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib. O bildirib ki, Bidzina İvanişvili siyasətdən ayrılıb:"Siyasi mövqeyini, partiya başçısı vəzifəsini tərk edib və artıq siyasətə qatılmayacağını açıq şəkildə bildirib. Saakaşvilinin mümkün iştirakına gəlincə, bu, ölkəmiz və dövlətimiz üçün təhqirdir. Kim olursa olsun, mənim üçün qətiyyən əhəmiyyəti yoxdur. Bizi məhkum olunmuş cinayətkarı və təqsirləndirilən şəxsləri danışıqlara rəsmi şəkildə cəlb etməyə çağırırlar".