-
- 9-03-2021, 19:16
- 455
"Vaşinqton və Moskva arasında Gürcüstan uğrunda mübarizə güclənir" - ŞƏRH
Gürcüstanda gərginlik hökm sürməkdə davam edir. Belə ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isveçli diplomat Kristian Danielsonu Gürcüstana şəxsi nümayəndəsi kimi vəziyyəti sabitləşdirmək üçün göndərib.
Bundan əlavə, Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili, Dövlət Mühafizəsinin Xüsusi Xidmət rəhbəri Anzor Çubinidze və üçüncü şəxs – musiqiçi və rep ifaçısı, iqtidar partiyasının lideri milyarder Bidzina İvanişvilinin oğlu Bera İvanişviliyə aid olduğu iddia edilən səs yazısı yayılıb.
Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Hakimiyyət isə qeyd edib ki, səs yazıları Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə siyasi böhranın nizamlanması üzrə hökumətlə müxalifət arasında gedən danışıqları pozmaq üçün müxalifət tərəfindən yayılıb.
Politoloq Zaur Məmmədov məsələni News24.az-a şərh edib. O, qeyd edib ki, regiondakı dövlətlərin bir çoxlarında Azərbaycandan fərqli olaraq siyasi hakimiyyətlərin vaxtilə apardığı bəzi yanlış siyasət nəticəsində faktiki olaraq cəmiyyətlər iki və daha artıq yerlərə parçalanıb: "Cəmiyyət daxilində müxtəlif sosial, etnik və demoqrafik qruplar ölkələrin gələcəklərini fərqli istiqamətdə görürlər. Gürcüstanda da 20 ilə yaxındır ki, cəmiyyətin faktiki olaraq bir neçə yerə parçalanmasının şahidi oluruq. Bugünlərdə Gürcüstanda baş verənlər isə orada hakim partiyanın içərisində ciddi böhranın olmasından xəbər verir. İvanişvilinin birdən-birə siyasi proseslərdən uzaqlaşması gözlənilməz idi. Çünki bu illər ərzində demək olar ki, Gürcüstandakı bütün hadisələr İvanişvili tərəfindən idarə olunurdu. Görünən odur ki, Gürcüstanın hakim partiyası – “Gürcü Arzusu-Demokratik Gürcüstan” yeni boz kardinalla öz fəaliyyətini davam etdirmək istəyir. Lakin onun partiya daxilində nə dərəcə qəbul olunacağı məlum deyil. Digər amil isə Gürcüstanın son vaxtlar Avropa İttifaqı və Rusiya arasında ciddi şəkildə seçim etməsilə bağlı idi. Gürcüstan Nazirlər Kabinetinə də baxdıqda görürük ki, faktiki olaraq orada hökumətin yarısı Rusiya ilə münasibətlərdə yumşaq siyasətin tərəfindədir. Digər yarısı isə Avro-inteqrasiyanın tərəfdarı olaraq çıxış edir. Təbii ki, seçim məsələsi onların fikir ayrılığında olması ilə yox, oynadıqları rollarla bağlıdır. Bu və ya digər şəkildə özlərini göstərərək, bəzi məsələlərdə bir qədər balansı qorumaq meylini də ortaya qoymuş olurlar. Hər halda, Azərbaycan üçün sabit Gürcüstan vacibdir. Unutmayaq ki, Cənubi Qafqazdakı 44 günlük müharibədən sonra regionun geosiyasi və geoiqtisadi vəziyyəti, ələlxüsus, Gürcüstanın geoiqtisadi mövqeyində bir qədər dəyişiklərin olması labüddür. Gürcüstandakı məsələlərə baxdıqda, orada Vaşinqton və Moskva arasında mübarizənin daha da güclənəcəyini deyə bilərik”.
Politoloq bildirib ki, Gürcüstanın xarici siyasəti və geosiyasi maraqları Azərbaycan və Türkiyə ilə üst-üstə düşür: “Ona görə də Rusiyanın orada kimi hakimiyyətə gətirib-gətirməməsindən asılı olmayaraq, bu ölkə Azərbaycan və Türkiyə ilə öz hərbi müttəfiqliyini davam etdirəcək. Yayılan məlum səs yazısı ilə bağlı onu deyə bilərəm ki, bu kimi qarşılıqlı şantajlar ilk deyil. Bu cür detallar Gürcüstan cəmiyyətinin seçiminə təsir etməyəcək. Gürcüstandakı seçicilər oturuşmuş səsə malikdilər. Onların siyasi partiyaları iki yerə parçalandı: İvanaşvili və Sakaaşvilinin tərəfdarları. Rusiya ilə müharibənin başlanması ehtimalı sıfıra endiriləcəyi təqdirdə yəqin ki, Saakaşvilinin partiyasının tərəfdarlarının sayı gözləniləndən bir qədər çox ola bilər. "Gürcü arzusu" partiyasının daxilindəki böhranı və İvanişvili kimi liderin faktiki olaraq siyasi proseslərdən uzaqlaşacağını nəzərə alsaq, çox güman bundan sonrakı seçimlərdə çox ciddi şəkildə mübarizənin və seçicilərin iki yerə parçalanmasının şahidi olacağıq”.