Maska taxmayanlar avtobusdan düşürüldü - Video
    • 30-03-2021, 17:50
    • 334

Maska taxmayanlar avtobusdan düşürüldü - Video

Abşeronda karantin qaydalarını pozan şəxslər polislər tərəfindən cərimələniblər.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xırdalan şəhərində keçirilən reyd zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. İnsanların sıx toplaşdığı yerlərdə virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar nəzarətdə saxlanılıb. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.