Qaşıqçının oğlu Kral Salmanla görüşdü - Sarayda daha bir ŞOK yaşandı - VİDEO
    • 25-10-2018, 17:35
    • 1 046

Qaşıqçının oğlu Kral Salmanla görüşdü - Sarayda daha bir ŞOK yaşandı - VİDEO

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının oğlu ilə kral Salman arasında görüş olub.

Görüş zamanı şok olay yaşanıb. Mətbuatın yaydığı görüntülərdə Kral Salmanın mühafizəçilərinin əlinin silahın tətiyində olması diqqəti cəlb edib.

Dünya mediası Camal Kaşıqçının oğlu Salah Qaşıqçının Kral Salmanın görüşünə zorla gətirildiyini iddia edib. "Geyimi qırışıq idi...Görünür görüşə zorla gətirilib", deyə Türkiyə mediası məlumatlar yayıb.