Azad olunan ərazilərə keçmək istəyən daha 13 nəfər saxlanıldı
    • 31-03-2021, 11:20
    • 591

Azad olunan ərazilərə keçmək istəyən daha 13 nəfər saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən Beyləqan rayon sakini olan 13 nəfər 5 avtomaşınla birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.