Səlcuq Bayraqdar Bakıda - FOTO
    • 31-03-2021, 22:48
    • 694

Səlcuq Bayraqdar Bakıda - FOTO

“Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana gəlib.

News24.az xəbər verir ki, bununla bağlı Səlcuq Bayraqdar Feysbuk sosial şəbəkəsində məlumat paylaşıb.

“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbrini, Azərbaycan və türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!" - deyə S.Bayraqdar qeyd edib.
Qeyd edək ki,S.Bayrakdar Bakıda Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.