TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib
    • 19-10-2020, 12:20
    • 661

TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

News24.az xəbər verir ki, TBMM sədrini Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M. Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib. /APA/