Brilliant Dadaşova Türkiyə ilə Azərbaycan arasında sənət körpüsü yaratdı – FOTOLAR - VİDEO
    • 25-10-2018, 18:58
    • 1 318

Brilliant Dadaşova Türkiyə ilə Azərbaycan arasında sənət körpüsü yaratdı – FOTOLAR - VİDEO

Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayıb.

News24.az xəbər verir ki, illərin sənətkarı bu münasibətlə sözügedən şirkətin rəhbəri Kamal Aslanla mətbuat konfransı keçirib.

Tədbirdə “Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihəsi təqdim edilib.

Hər zaman səsi ilə ovsunlayan Brilliant Dadaşova işbirliyi haqd “Mənim xasiyyətimə bələdsinizsə, bilirsiz ki, hər təklifi qəbul etmirəm.

Kamal bəyin təklifini məmnuniyyətlə qəbul etdim. Çünki o, sevdiyim sənətçilərlə işləyir. Onun haqda Bəyazdan, Ajda xanımdan və s şəxslərdən eşitmişəm. Onun ciddi biri olduğunu bilirəm. Qeyri-ciddi yerlərdə yoxam. Bizim işbirliyimiz artıq start götürdü. İnanıram uğurlu olacaq” sözlərini deyib.

Kamal Aslan xalq artistini seçməyin təsadüfü olmadığını bildirib: “İlk addımımızı ən böyükdən başlayaraq atırıq. Onun üçün də Brilliant xanımla işləmək istədik. Mənim üçün çox özəl biridir. Birlikdə duetlər, konsertlər və s edəcəyik.

Eyni zamanda hər iki ölkə bir-birinin sənətçilərini görmək, məclislərində iştirakını istəyir. Ortada böyük pullar olduğu üçün bəzən alınmır. Bunu tənzimləmək istəyirik”.

Qeyd edək ki, işbirliyi çərçivəsində yeni albom hazırlanacaq, mahnılar yazılacaq, kliplər çəkiləcək. Eyni zamanda müğənni Türkiyədə də konsertlər verəcək.

K.Aslan gələcəkdə Brilliant Dadaşovanın türkiyəli sənətçilərlə duet oxuya biləcəyini də deyib:

“Sahibi olduğum şirkət Türkiyədə yetəri qədər tanınır. Bu layihəyə şirkətimizlə çalışan və dostluq etdiyim sənətçiləri daxil edəcəyəm. Onların sırasında Tarkan, Kenan Doğulu, Mustafa Sandal, Sezen Aksu, Sertap Erener, Zerrin Özer və başqaları var. Sadəcə olaraq Brilliant xanımdan kiminlə duet oxumaq istəyəcəyi barədə soruşub addım atacağıq”.

Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov