Prezident onu işdən çıxardı
    • 2-04-2021, 15:19
    • 765

Prezident onu işdən çıxardı

Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadəni vəzifəsindən azad edib. 

News24.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən sözügedən qurumun sədri vəzifəsini icra edirdi. O, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qardaşıdır.