Aydın Heydərov koronavirusdan vəfat etdi
    • 3-04-2021, 12:55
    • 248

Aydın Heydərov koronavirusdan vəfat etdi

Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur “Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib. 

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb.O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış. 

Qeyd edək ki, 1948-ci il təvəllüdlü A. Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992 - ci ildə “İnturavto” Bakı Avtomobinatının direktoru, 1997 - ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub.