-
- 10-01-2019, 17:41
- 963
Prokuror məhəlləyə qızla gələn qonşusunu öldürən gəncə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkmə iclası davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Heydərovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.
Sabunçu rayon Polis idarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.
İlkin məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.
Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən 6 yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.
Belə ki, mərhum məhləyə qızla gəlib. Bunu görən E.Heydərov ona əvvəl irad bildirib, sonra aralarında mübahisə düşüb. Nəticədə E.Heydərov N.Həziyevi öldürüb.
//Report