Nazir:
    • 3-04-2021, 16:46
    • 500

Nazir: "Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur"

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur.