"1221 təhsil müəssisəsi distant təhsilə keçib" - Təhsil naziri
    • 16-10-2020, 11:12
    • 639

"1221 təhsil müəssisəsi distant təhsilə keçib" - Təhsil naziri

"2 həftə ərzində inanmaq istəyirik ki, virusun yayılmasının qarşısı alına bilər və müvafiq, düzgün qərarlar verə bilərik".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağda olan vəziyyət Azərbaycanın cəbhə bölgəsində olan məktəblərə də təsirsiz ötüşməyib: " 40-a yaxın məktəb ciddi ziyan alıb. Bir çox bölgələrimizdə 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib. Eyni zamanda Ermənistanın təcavüzü nəticəsində 3 şagirdimiz vəfat edib, 15 şagirdimiz xəsarət alıb. 

Bu cinayətlər layiqli cavabını almaqdadır. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz ölkəmizin işğalda olan ərazilərini azad edəcək. 

Koronavirusla bağlı proses qaçılmazdır. Azərbaycan üçün biz xüsusi şəraitdəyik və ikiqat diqqətli olmalıyıq".