“Martda 3 gündə 61 məktəb bağlandı” - ƏMRULLAYEV
    • 3-04-2021, 16:30
    • 393

“Martda 3 gündə 61 məktəb bağlandı” - ƏMRULLAYEV

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 
 
News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 
 
Nazir qeyd edib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi”.