Sabah Bakıda bir neçə marşrut xəttinin hərəkətində DƏYİŞİKLİK EDİLƏCƏK
    • 4-04-2021, 18:09
    • 376

Sabah Bakıda bir neçə marşrut xəttinin hərəkətində DƏYİŞİKLİK EDİLƏCƏK

Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən  Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. 

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmirlə bağlı  M1, M2, M6, 11 və 104  nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib:
- M1, M2, M6  nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
- 11  nömrəli müntəzəm  marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi  üzrə; hərəkəti müyyən edilmişdir.
- 104  nömrəli müntəzəm  marşrutu isə “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.