-
- 5-04-2021, 13:50
- 576
“Neolit”dəki toya görə saxlanılan inzibatçı həbs edildi - VİDEO
Bir neçə gün əvvəl “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.
Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb.
İnzibatçı Fuad Hafiz oğlu Qarayev “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.
O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə ittiham edilib.
Məhkəmə iclasında sahə inspektoru, polis kapitanı P.Cavadov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən F.Qarayev barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. Fuad Qarayev “Neolit” şadlıq sarayında inzibatçı vəzifəsində işlədiyini təsdiqləyib.
F.Qarayev bildirib ki, həmin toy mərasiminin təşkil olunmasını o danışmayıb:
“O toyu bizim restoranda işləyən başqa inzibatçı danışıb. Mərasim keçirilən zaman polis əməkdaşları gəldilər. Həmin gün də restoranda rəhbərlikdən heç kimi yox idi. Məni bölməyə aparıb protokol yazdılar”.
Hakimin qərarı ilə inzibatçı Fuad Qarayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bundan başqa, “Neolit”in rəsmi rəhbərliyində təmsil edilən 2 nəfər də hərəsi 4 min manat cərimə edilib.
Xatırladaq ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədovun aktiv koronavirus infeksiyasının daşıyıcısı olduğu müəyyənləşmişdi. /Axşam.az/