-
- 5-04-2021, 15:07
- 412
Oğluna və qardaşına toy edən Tərtər sakinlərinə protokol tərtib edildi - FOTO
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.Az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Xoruzlu kənd sakini Ziyəddin Əbdülkərimovun şəhər ərazisindəki istirahət mərkəzində qonaqların iştirakı ilə oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlərlə rayonun Düyərli kənd sakini Namiq Vəliyevin şəhər ərazisindəki restoranların birində qardaşına toy məclisi təşkil etdiyi də müəyyən edilib.
Hər iki toyun təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.