Arvadını diri-diri yandıraraq öldürən şəxsə cəza verildi: "RUHUM AZADDIR"
    • 26-10-2018, 13:05
    • 978

Arvadını diri-diri yandıraraq öldürən şəxsə cəza verildi: "RUHUM AZADDIR"

Arvadını diri-diri yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə Məsud Müzəffərov son söz deyib. O bildirib ki, arvadını əxlaqsızlıq etdiyi üçün qətlə yetirib: “Cismən həbs edilsəm də ruhum hər zaman azaddır”.
Hakimlər kollegiyasının hökmünə əsasən Müzəffərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, daha əvvəlki ifadəsində elan olunmuş ittihamla M.Müzəffərov özün təqsirli bilib. Müzəffərov söyləyib ki, keçmiş arvadı ona xəyanət edib. Müttəhim iddia edib ki, arvadı sosial şəbəkədə də kimləsə danışıb: "Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Dedim ki, məndən uzaq ol. Rayondan Bakıya qohumunun evinə gəlib. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum". Təqsirləndirilən M.Müzəffərov söyləyib ki, məqsədi arvadını tanınmaz hala salmaq olub: "Benzini onun sifətinə töküb tanınmaz hala gəlməsini istədim. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım". Məlum olub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib. Qeyd edək ki, hadisə bu il Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında mağazada baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı bezinlə yandırıb. Hadisə qısqanclıq zəminində baş verib. Aytəkin Müzəffərova ərindən ayrılaraq mağazada işləməyə başlayıb. Bundan qəzəblənən Məsud Müzəffərov Bakıya gələrək arvadını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürüb. Başına benzin tökərək əlindəki alışqanlıq ona od vurub. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
//open.az