Bakıda gənc oğlan qardaşının arvadını diri-diri yandırdı - DƏHŞƏTLİ HADİSƏ
    • 16-12-2019, 12:39
    • 950

Bakıda gənc oğlan qardaşının arvadını diri-diri yandırdı - DƏHŞƏTLİ HADİSƏ

Bakıda yaxın qohumunu amansızlıqla qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.3-cü, yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Əsgərov İlkin Nizami oğlu barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Əsgərov daha əvvəl də məhkəməyə müraciət etsə də, şiakyətini geri götürmüşdü.
Hadisəyə gəlincə dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib.

Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əsgərov İlkin Nizami oğlu Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Əsgərov Apelyasiya Məhkəməsinə müraciət etsə də, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib.