-
- 5-04-2021, 18:05
- 368
Putin yenidən prezident ola bilmək üçün QANUN İMZALADI
Rusiya Federasiyasının başçısı Vladimir Putin ona yenidən prezidentliyə namizəd olma hüququnu verən qanun imzalayıb.
News24.az xəbər verir ki, müvafiq sənədrəsmi internet portalında yayımlanıb.
Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə qanunun bir sıra müddəaları hazırlanıb. Əsas qanunun bəndlərindən birinə görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının məhdudlaşdırılması, əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan mövcud dövlət başçısına tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.
Sənəd müəyyən edir ki, ən azı 35 yaşında olan, ölkədə 25 il daimi yaşayan, bundan əvvəl başqa bir dövlətin vətəndaşı və ya yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı dövlət başçısı seçilə bilər.