Su ehtiyatlarınin ədalətli bölgü mexanizminin yaradılmasına ehtiyac var - VÜQAR BAYRAMOV
    • 6-04-2021, 11:30
    • 1 143

Su ehtiyatlarınin ədalətli bölgü mexanizminin yaradılmasına ehtiyac var - VÜQAR BAYRAMOV

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi. Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur. Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var".
 
Bunu News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
 
O qeyd edib ki, su ehtiyatlarınin sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var: "Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq, su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır.