"Bu nazirlər mətbuata çıxmamalıdır" - SİYAVUŞ NOVRUZOV
    • 7-04-2021, 12:53
    • 472

"Bu nazirlər mətbuata çıxmamalıdır" - SİYAVUŞ NOVRUZOV

Müdafiə naziri gündə efirə çıxıb çıxış etməlidir?

Bunu deputat Siyavuş Novruzov 44 günlük Vətən Müharibəsinə Zakir Həsənovun mətbuata çıxmamasına münasibət bildiriərkən deyib. O bildirib:

"Ümumiyyətlə, Müdafiə naziri, Daxili İşlər naziri, Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri mətbuata çıxmamalıdır. Amerikada bir dəfə görmüsünüz ki, onlar çıxış etsin yaxud da bəyanat versin? Onların əvəzinə mətbuat xidməti məlumat verir. Biz dövlətimizin müdafiəsini qoruyan şəxslər haqqında danışanda diqqətli olmalıyıq". /Unikal.org/